Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Əməkdar artist Zaurun verilişinə çıxmaqdan imtina etdi
08.06.2020 10:46
Bölmə:Şou 39 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Əməkdar artist Çingiz Əhmədov əməkdaşı olduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına sərt ittihamlar səsləndirib. 

Teatr rəhbərliyinin ədalətsizliyindən gileylənən aktyor bu gün sənət dostlarıŞ Əməkdar artist Nahidə Orucova və Novruz Qartalla birgə ATV telekanalında qonaq olacağını desə də, Yenisabah.az-a danışan N.Orucova bunu təkzib edib: “Mən bu mövzuda danışmayacağam, söz vermişəm ki, qalmaqallara qarışmayacağam. Bu gün Zaurun verilişində olmayacağam”. 

Xatırladaq ki, saytımıza açıqlama verən Ç.Əhmədov “Birinci gün Nahidə Orucova, Novruz Qartal və mən ATV telekanalında qonaq olacağıq. Üçümüz də şikayətçiyik, çıxışlarımızı edəcəyik. Bizə lazım olan haqq-ədalətdir” – deyə qeyd etmişdi.

 

Site Reklam