Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Rafael Ağayevin dünya çempionatındakı final döyüşü fərqləndirildi - Video
17.06.2020 13:48
Bölmə:İdman 38 dəfə oxunub

Dünya Karate Federasiyası (WKF) son 10 ilin dünya çempionatlarından yaddaqalan anları yenidən yayımlayacaq.  

"Report" WKF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum "YouTube" kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək. Onlar arasında 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin də görüşü var. 

35 yaşlı təcrübəli idmançının 2010-cu ildə Serbiyanın paytaxtı Belqraddakı mundialda final qarşılaşması təqdim ediləcək. Ağayev həmin dueldə italiyalı Luici Busanı məğlubiyyətə uğradıb və 4-cü dəfə dünya çempionu adını qazanıb. 

Qeyd edək ki, WKF bu qarşılaşmanı iyulun 3-də yayımlayacaq.