Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
“Qarabağ“ “Bavariya“ ilə “kəllə-kəllə“yə gəlir
17.06.2020 16:05
Bölmə:İdman 88 dəfə oxunub

Milli liqalarda uzun müddət ard-arda çempion olan komandaların adları açıqlanıb.

Versiya.az xəbər verir ki, siyahıda son Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ”ın da adı var.

Araşdırmaya əsasən, Şotlandiyanın “Seltik” komandası hamını qabaqlayır. “Ağ-yaşıllar” 9 ildir ölkə çempionu adını qazanmağı bacarırlar. İkinci sırada isə “Bavariya” yer alıb. Münhen təmsilçisi dünən rəsmiləşdirdiyi çempionluqla 8 ildir ardıcıl eyni uğuru təkrarlayır.

Bundesliqa klubu ilə yanaşı, “Ludoqorets” (Bolqarıstan) və TNS (Uels) komandaları da son 8 ildə ölkələrinin birincisi olmağı bacarıblar. Onlardan bir il geridə qalan APOEL-in üst-üstə 7 çempionluğu var.

Siyahıdakı təmsilçimiz “Qarabağ” isə altı ildir ard-arda Azərbaycan çempionu adını qazanır. Ağdam klubu “Astana”, “İstiqlal” (Düşənbə) və “Zalsburq” klubları ilə birgə eyni göstəriciyə sahibdir. (Sportinfo.az )

 

Site Reklam