Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü
19.06.2020 15:43
Bölmə:Kriminal 50 dəfə oxunub

Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.

Versiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.

O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.

Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.

Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:

“Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.