Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
Millimizin futbolçusunun anası koronavirusdan öldü
24.06.2020 12:50
Bölmə:İdman 37 dəfə oxunub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

Versiya.az xəbər verir ki, 2019/2020 mövsümünü "Qəbələ" klubunda keçirmiş gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.

Seydiyev ailənin tək oğludur.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək. /Report

Allah rəhmət eləsin!