Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Təcili tibbi yardımın TƏBİB-dən alınmasının - SƏBƏBİ
24.06.2020 13:39
Bölmə:Xəbər 62 dəfə oxunub

Dünən axşamdan etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib. 

Versiya.az xəbər verir ki. Unikal.org-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında TƏBİB-in İdarə heyyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq onun yerinə Cavanşir Fərəcovu təyin edib. 

Baş verən bu hadisə R. Bayramlı ilə səhiyyə naziri Oqtay Şirəliyev arasında anlaşılmazlığa səbəb olub. Nazir bu təyinatla bağlı öz narazılığını bildirib. 

Beləliklə də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə yenidən əvvəlki vəzifəsinə təyin edilib.