Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
Prezident və birinci xanım Gəncədə...
24.06.2020 13:50
Bölmə:Siyasət 41 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə ediblər.

Versiya.az xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident  zavodu işə salıb.

***

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.