Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Magistraturaya qəbulun cavabları sabah açıqlanacaq
24.06.2020 17:09
Bölmə:Xəbər 50 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi etmiş bakalavrlara müraciət edib.

DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələri iyunun 25-də gün ərzində elan olunacaq.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün proqram və ixtisaslaşma seçimi 8–21 iyun tarixlərində həyata keçirilib.

Bu müddət ərzində 11380 bakalavr (Azərbaycan bölməsi üzrə 10549, rus bölməsi üzrə 831) öz ərizəsini təsdiq edib. Lakin ali təhsil müəssisələri tərəfindən bakalavrların ümumi orta müvəffəqiyyət göstəricilərinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi prosesi bu gün yekunlaşıb.

Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturasının 56 saylı qəbul proqramına aid 2 il iş stajı tələb edən ixtisaslaşmalarına (217125 Biznesin təşkili və idarə edilməsi; 217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri)) sənəd qəbulu və onların yoxlanılması prosesi də bu gün başa çatıb.

Yuxarıda qeyd olunanlara əsasən magistratura səviyyəsinə qəbul olunmaq üçün müsabiqənin nəticələrinin 25 iyun tarixində – gün ərzində elan olunması nəzərdə tutulur.