Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
İrəvanda “soyqırım” abidəsi belə yanır- Video
27.06.2020 10:17
Bölmə:Dünya 24 dəfə oxunub

İrəvanda ermənilərin qondarma “soyqırım” abidəsi sayılan “Tsitsernakabert” parkında güclü yanğın baş verib.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, yanğını İrəvanın bir çox hissələrindən görmək olub.

Gecə saatlarında başlayan yanğınla bağlı Ermənistan Fövqəladə Hallar naziri Feliks Çolakyan bildirib ki, “soyqırım” abidəsi - Çiçernakaberd kompleksinin yanında, Karen Dəmirçiyan idman-konsert kompleksindəki yanğının səbəbi atəşfəşanlıq olub.

Yanğın yerinə 20 briqada cəlb edilib və gecə lokallaşdırılıb.

Yanğın 21 hektar ərazini əhatə edib.