“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Daha bir məşhur hotel karantini pozdu- Video
06.07.2020 11:29
Bölmə:İqtisadiyyat 72 dəfə oxunub

Bakının məşhur “Hyatt Regency” hotelindən də karantin qaydalarının pozulması faktıyla bağlı görüntülər yayılıb. 

“Qafqazinfo”xəbər verir ki, “Hyatt Regency” hotelində beş nəfərdən artıq şəxsin bir yerə toplaşdığı, həmçinin hotelin hovuzunun müştərilər üçün açıq olduğu əks olunub. Eyni zamanda hotel bir neçə gündür karantin rejiminin uzadılmasıyla bağlı rəsmi məlumatlar yayılmasına baxmayaraq, instaqram hesabında reklam yerləşdirərək qonaqları dincəlməyə dəvət edib.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O “Hyatt Regency” otelindən yayılmış görüntülərlə tanış olduğunu vurğulayıb. Qeyd edib ki, həmin görüntülərə baxılıb qiymət veriləcək. 

 

Qeyd edək ki, hələ dünən “Fairmont Hotel” də sərt karantin rejiminin qaydalarının pozulmasından sonra sosial şəbəkə istifadəçiləri təkcə sözügedən hoteldə yox, həmçinin digər məşhur hotellərdə də qaydaların pozulduğunu qeyd edirdilər.

Xatırladaq ki, ötən gün polis “Fairmont hotel” də reyd keçirib, karantin rejiminin qaydalarını pozanları inzibati məsuliyyətə cəlb edib.