“Həkimlərimiz koronavirusu daha ağır keçirir”
İkinci mərhələdə də toylara icazə verilməyəcək
Metro bağlı qalacaq
Dənizdə boğulan hamilə qadını əri öldürübmüş
Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu
20.07.2020 09:06
Bölmə:Dünya 278 dəfə oxunub

İran CIA-yə casusluq etməkdə və “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin yeri haqqında məlumat ötürməkdə ittiham olunan şəxsi edam edib.

"Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər edam olunan Mahmud Müsəvi Məcdin həmçinin İsrail kəşfiyyat agentliyi Mossad-a da işlədiyi iddia olunur.

Bununla yanaşı bildirilib ki, məhkum barədə Süleymaninin ölümündən əvvəl açılan cinayət işinin ABŞ-ın keçirdiyi əməliyyatla əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani öldürülmüşdü.