“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Mehriban Əliyeva Tovuz döyüşlərinin şəhidlərilə bağlı tapşırıq verdi- Foto
20.07.2020 09:57
Bölmə:Siyasət 269 dəfə oxunub

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. 

 

Versiya.az xəbər verir ki, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.  

 

Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.