“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
İrəvandan şok etiraf: Tovuzu işğal etmək istəyiblər...
20.07.2020 10:28
Bölmə:Gündəm 398 dəfə oxunub

Ermənistan silahlı qüvvələri hər zaman neft kəmərlərini vurmaq üçün texniki imkana sahib olublar, amma onun heç vaxt bunu gerçəkləşdirmək arzusu olmayıb.

Versiya.az xəbər verir ki, bunu dünən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan Tovuz təxribatının Azərbaycanın Avropaya yönələn neft və qaz-kəmərlərinə təhdid yaratdığı ilə bağlı məsələni şərh edərkən deyib. Ovannisyan çıxışı zamanı özünü guya sülhpərvər kimi təqdim etməyə cəhd edib, amma sonda aşkar şəkildə İrəvanın Tovuzla bağlı planını ortaya qoyub:

“Biz deyirik ki, bu regiondan keçən neft-qaz kəmərləri beynəlxalq şirkətlərə məxsusdur. Qoy, beynəlxalq şirkətlər əmin olsunlar ki, Ermənistan Respublikası istehlakçı təhlükəsizliyinə qarant verir. Ermənistan Respublikası onların təhlükəsizliyini regionda olan hər kəsdən daha yaxşı təmin edə bilər”.

Başqa bir sualı cavablandıran Ovannisyan bundan öncəki sözlərini daha aydın formada təkrarlayıb:

“Əgər onlar bizim nəzarətimizə keçsə, Ermənistan onun təhlükəsizliyinə hər kəsdən daha yaxşı zəmanət verəcək”.

Göründüyü kimi, ermənilər beynəlxalq kəmərləri ələ keçirmək arzularını gizlətməyiblər.

Qeyd edək ki, Ermənistanın növbəti işğal arzusunu Azərbaycan Ordusu qısa müddətdə darmadağın etdi. /Axar.az