“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Mən şəhid aparanda, həmkarlarım şəhərdə ev, maşın alırdı- Afaq Bəşirqızı
20.07.2020 13:16
Bölmə:Mədəniyyət 48 dəfə oxunub

Xalq artisti Afaq Bəşirqızı müğənni-bəstəkar Murad Arifin "Popumuz var" proqramında qonaq olub.

Xalq artisti ilk dəfə ARB-nin efirində baş verən qalmaqaldan danışıb:

"Efirə zəng vurub söyüş söymərəm. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm. Həmişə insanları da, aktyorları da müdafiə etmişəm. Demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. O aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. Və bu deyəndə ki, çörək mağazasına borcluyam... Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi... Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Ərkim çatır. 18, 22, 25 yaşım yoxdur, 65 yaşım var. Bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, başa düşə bilmədim, məndə reklam gedirdi, bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi – Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova – red.), Elgiz... Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi”.

Aktrisa bir müddət əvvəl dediyi "Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" sözlərə aydınlıq gətirib:

"Mənim sözümü çox adam başa düşmürsə, nə edə bilərəm? Öz doğma torpağımızı, məcburi köçkünlər istisna olmaqla, qoyuruq və durub şəhərə gəlirik. Vaxtından əvvəl evlənirik, 100-200 manat kirayədə qala bilməzsən. Gedirsiz yeni tikililərin zirzəmisində yer götürür, pəncərəsini kardonlayırsan ki, uşaq dünyaya gətirim. Sonra düşürsən verilişlərin canına ki, uşağın başını düzəldin. Sonra mənə deyirlər, cəbhədə şəhid olanlar o zirzəmidə doğulanlardır. Ay savadsızlar, mən su basmış zirzəmiləri nəzərdə tuturam. Onlar heç uşaq kimi doğulmur: havasız, su içində.

Ağır şəkəri müharibənin stressindən tutdum. Hər zaman cəbhə bölgəsində olmuşam. Qucağımda yaralı əsgər daşımışam. Mən şəhid aparanda, həmkarlarım şəhərdə evlər, maşınlar, mebellər alırdılar. Niyə onu edirdim? İçimdəki, biz qalib gəlməliyik, xalqım kiməsə möhtac olmasın hirsinə görə. Dediyimi, yozub yazdılar. Vəkilim dedi ki, bunlara iş düşür. Amma vermədim məhkəməyə, bağışladım hamısını". Musavat.com