“Həkimlərimiz koronavirusu daha ağır keçirir”
İkinci mərhələdə də toylara icazə verilməyəcək
Metro bağlı qalacaq
Dənizdə boğulan hamilə qadını əri öldürübmüş
Bakıdan İstanbula hər gün uçuşlar həyata keçiriləcək
20.07.2020 15:31
Bölmə:Xəbər 194 dəfə oxunub

Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq.

 

Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə dörd dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.

Versiya.az bildirir ki, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.