"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin vaxtı - ELAN OLUNDU
20.07.2020 17:48
Bölmə:Xəbər 248 dəfə oxunub

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının I mərhələsi keçiriləcək:

"Ondan sonra 10-15 gün imtahanların nəticələri emal ediləcək. Daha sonra isə imtahanların ikinci mərhələsi olacaq. Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq. Qəbul imtahanlarının keçirilməsinə 4 gün vaxt ayrılacaq. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik”.

reklam