“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Tarixdə bu gün- 23 iyul
23.07.2020 08:02
Bölmə:Tarix 67 dəfə oxunub

Birinci Dünya Müharibəsindən sonra Anadolunun işğalına qarşı ilk təşkilatlı yığıncaq olan Ərzurum Konqresi 1919-cu ilin 23 iyulunda təşkil olundu. Amasiya Təmimnaməsinə əsasən, toplanan konqresə əksəriyyəti işğal altındakı rayonlardan 62 nümayəndə iştirak edirdi.

  Ərzurum Konqresinin sədri 19 mayda Samsuna yol alması ilə milli mübarizəyə başlayan Mustafa Kamal Paşa idi.

***

  23 iyul 1952-ci ildə Misirdə hərbi çevriliş baş verdi. Bundan sonra Misir respublika elan edildi. 1954-cü ilin yazında isə hərbi çevrilişin rəhbəri, 36 yaşlı polkovnik Camal Əbdül Nasir Misir respublikasının ilk prezidenti oldu. 

*** 

  23 iyul Azərbaycanın son dövr tarixində faciəli günlərdən biridir.

  Rus-erməni hərbi birliklərilə döyüşlərdə böyük itkilər verən Ağdam 1993-cü ilin bu günü işğal edildikdən sonra - bir neçə gün içində Qubadlı, Cəbrayıl və Zəngilan rayonları da itirildi.

  İndi Ağdam sakinləri Azərbaycanın 52 rayonunda məskunlaşıb.

  Qeyd edək ki, Ağdam rayonunun sahəsi 1094 kvadrat kilometrdir. Əhalisi 132 min nəfər idi. Bir şəhəri, 119 qəsəbə və kəndi var.

  Ağır, yüngül və emal sənayesi, eyni zamanda kəndə təsərrüfatı rayonu olan Ağdamda 54 məktəbəqədər uşaq tərbiyyə müəssisəsi, 116 ümumtəhsil məktəbi, texniki peşə, musiqi, tibb məktəbləri, kənd təsərrüfatı texnikumu, bir neçə institutun filialı, diyarşünaslıq və çörək muzeyləri, 100-dən çox kitabxana, 13 mədəniyyət evi, 109 klubu var idi.

  Ağdamın 100-dən çox tarixi abidəsi, təəssüf ki, hələ də düşmən tapdağı altındadır.

***

  Yuqoslaviyada vətəndaş müharibəsi zamanı serblər və xorvatların hücumlarına məruz qalaraq dağılan Mostar körpüsü 2004-cü ilin 23 iyulunda yenidən açıldı.

  Əsrlər boyu Bosniyada xoş niyyət və mədəni müxtəlifliyin simvolu olan Mostar körpüsünün açılışını, aralarında Türkiyənin də olduğu, bir çox dövlət nümayəndəsinin iştirak etdiyi mərasimlə İngiltərə vəliəhdi şahzadə Çarlz (Charles) etdi.

***

  2005-ci il 23 iyulda Əl-Qaidə terror təşkilatı tərəfindən Misirin Şarm əl-Şeyx şəhərinin 3 ayrı-ayrı yerinə bombalı hücum oldu. Hadisə zamanı 20-si xarici olmaqla 68 nəfər həyatını  itirdi.

***                                            

23 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Tanınmış İtaliya rejissoru və ssenari müəllifi Damiano Damiani 1922-ci ilin bu günü dünyaya gəlib.

  Siciliya mafiyasının ifşası Damiani yaradıcılığının əsas mövzusu olub. Kinosevərlər onu daha çox “Sprut” teleserialının müəllifi kimi tanıyır. (1922-1999)