“Həkimlərimiz koronavirusu daha ağır keçirir”
İkinci mərhələdə də toylara icazə verilməyəcək
Metro bağlı qalacaq
Dənizdə boğulan hamilə qadını əri öldürübmüş
“Onlayn media ilə əməkdaşlıq imkanlarını təhlil edirik” - KİVDF-nin yeni rəhbəri
23.07.2020 08:14
Bölmə:Xəbər 89 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibə verib.

Versiya.az xəbər verir ki, Ə.İsmayılov bir sıra maraqlı məqamlara toxunub. O qeyd edib ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq.

“Eyni zamanda, vurğulayım ki, sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək. Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq”.

KİVDF rəhbəri bildirib ki, çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək.

“Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır”.

Ə.İsmayılov onu da deyib ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir.

“Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük”.