Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Qarabağla bağlı qərəzli paylaşım edənlər Azərbaycandan daha çox gəlir əldə edirlər- Deputat
03.11.2020 12:45
Bölmə:İqtisadiyyat 157 dəfə oxunub

İstehlakçılarımızın və eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşaraq xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində, erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya müharibəsi aparmasından xəbər verir.

Versiya.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb:

“Son olaraq, “Johnson&Johnson” şirkətinin paylaşımında qondarma respublikanın qondarma adını qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb.

Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni xarici şirkətlər, o cümlədən Qarabağımız ilə bağlı qərəzli paylaşım edənlər Azərbaycandan daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən ümumilikdə 70 milyon dollarlıq yuyucu vasitələr və 24 milyon dollarlıq sabun materialları gətirilib, satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə daha çox gəlir əldə ediblər.

Göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər. Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq.

Bir daha xatırlatmaq istərdim ki, təklif etdiyim kimi, biz bazarlıq edən zaman yerli və Türkiyə mallarına üstünlük verəriksə, o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar.

Qarabağ Azərbaycandır!”