Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Lənkəranda yanğın- iki uşaq öldü
11.11.2020 11:55
Bölmə:Kriminal 43 dəfə oxunub

Lənkəran şəhərində səhər saatlarında yanğın baş verib.

Versiya.az FHN-ə istinadən xəbər verir ki, bu gün səhər "112" qaynar telefon xəttinə Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olması və ev sakinlərinin içəridə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.