Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Fəxrəddin Abbasov Şuşanın azad edilməsini eşidəndən sonra intihar edib - RƏSMİ
13.11.2020 20:15
Bölmə:Kriminal 50 dəfə oxunub

9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib.

Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilmişdir. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Versiya.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, o, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

Qeyd edilməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.