Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Rusiya sülhməramlılarının Kəlbəcərdə nə işi var? - AÇIQLAMA
17.11.2020 12:56
Bölmə:Qarabağ 63 dəfə oxunub

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının Kəlbəcər rayonu ərazisində yerləşdirilməsi nəzərdə tutulmurdu. Amma Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko belə deyib: “Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

Versiya.az xatırladır ki, söhbət Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrından gedir.

Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında Modern.az-a bunları deyib:

“Rusiya sülhməramlılarının ora getməsi yerləşmək sayılmır. Onlar erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasında iştirak etməlidir. Ola bilər ki, Xudavəngdə postun yerləşdirilməsi bununla əlaqəli olsun. Amma bu barədə dəqiq bir şey deyilməyib.

Rusiya sülhməramlılarının fəaliyyəti məhz Laçın dəhlizi boyu və Dağlıq Qarabağdakı təmas xəttini əhatə etməlidir, onlar adı çəkilən yerlərdə  yerləşdirilməli, orada postlar qurulmalıdır”.