Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı - RƏSMİ
Təqiblərə məruz qalan məşhur ŞUŞALI - ARAŞDIRMA
Tofiq Zülfüqarov Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video
18.11.2020 11:36
Bölmə:Günün Fotosu 99 dəfə oxunub

"Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur və vandalizmdir".

Versiya.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.

E.Əmrullayev əlavə edib ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı:

"İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib".

Nazir bunu da təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub:

"Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili ümumiyyətlə mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə yararsız hala düşüb".