Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Ermənilər Ağdərənin bu kəndlərini də boşaltdı- Təhvil verilir
18.11.2020 17:17
Bölmə:Xəbər 110 dəfə oxunub

Qarabağ müharibəsinin sona çatmasına dair üçtərəfli müqavilənin müddəalarına görə Ağdərə rayonunun 7 kəndi Azərbaycanın nəzarətində qalacaq. 

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunlar Ermənistan tərəfinin Nor Marağa, Nor Aygestan, Seysulan, Nor Karmiravan, Nor Akadzhur, Ovtaşen və Nor Jraberd adlandırdığı kəndlərdir. Bu barədə separatçı rejimin məlumat mərkəzi açıqlama yayıb.

Açıqlamada daha sonra deyilir: “Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana veriləcək. Göstərilən yaşayış məntəqələri, habelə Azərbaycan tərəfinə görə Ağdam qəsəbəsi Ağdam bölgəsində yerləşir.

Bu günlərdə dövlət müdaxiləsi ilə 2000-dən çox sakininin bu kəndlərdən çıxarılması, müvəqqəti mənzil və digər vasitələrlə təmin edilməsi üçün tədbirlər görülür".