Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
“Bu ölkələrin mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb” - Lavrov
19.11.2020 16:30
Bölmə:Qarabağ 33 dəfə oxunub

"Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub".

Versiya.az xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən “incidilmiş heysiyyət” hissi təəssüf doğurur:

“Mən amerikalı və fransalı həmkarlarıma təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur”. (Trend)