Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb - SİYAHI
20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb - FOTO
SON DƏQİQƏ: Ermənilər Azərbaycanın bu ərazilərindən tam çıxdılar - SİYAHI
Murovdağda donub ölən əsgərə şəhid adı niyə verilmədi?!
“Ermənistan son anda “İsgəndər” raketinə əl atdı” - Komandir müavini
02.12.2020 19:54
Bölmə:Müsahibə 248 dəfə oxunub

İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün xeyli sayda vətəndaşımız  döyüşlərə könüllü qatılaraq qəhrəmanlıq göstərib.

Demək olar, hər gün Azərbaycan insanı  döyüş qəhrəmanları ilə tanış olur. Onların şücaəti, vətənpərvərliyi barədə yeni-yeni bilgilər  əldə edir.

Artıq  tarix yazan Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.


Versiya.az
 saytı Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəmanı oxucularına təqdim edir:


Müsahibimiz Hava Hücumundan Müdafiə Qoşunlarında S-300 raket-zenit kompleksinin divizon komandirinin müavini  Zaur Məmmədovdur.


“İyulda müharibə olacağı barədə əmr almışdıq”

Zaur Məmmədov deyir ki, onlar hər zaman müharibəyə hazır olublar: “Tovuz hadisələrindən sonra ata-anamın yanına getdim. Onlara müharibə barədə bir neçə kəlmə dedim. Atam da gülə-gülə zarafatla dedi ki, “ermənilər qorxaq millətdir. Qaçıb gedəcəklər”. Anam isə kövrəldi.

Şəhid general Polad Həşimovun ölümü bizi qisas almağa daha da ruhlandırdı. Biz onun tabeçiliyində kurs keçmişik. Onun ölümü hamımıza pis təsir etmişdi. Bütün zabitlər, gizirlər döyüşə canla-başla hazırlaşırdılar. Çünki bizə müharibə olacağı barədə əvvəlcədən məlumat daxil olmuşdu”.

 

“Mingəçevir SES-ə atlan raket partlasaydı....”

Müsahibimizin sözlərinə görə, Vətən Müharibəsində onların üzərinə daha çox iş düşürdü:


“İkinci Qarabağ Müharibəsində  üzərimizə  ikiqat məsuliyyət düşmüşdü. Mülki infrastrukturları, təbii sərvətlərimizi qorumalı idik. Əsas tapşırıqlardan biri də Mingəçevir SES-ı idi. Bundan əlavə, quru qoşunlarımızı, piyadalarımızı hücum zamanı düşmən təyyarələrindən, qanadlı raketlərdən qorumalı idik. Bunun nəticəsi olaraq döyüşlər gedən ərəfədə iki dəfə Mingəçevir SES-ə atılmış raketi məhv etmişik. O raket partlasaydı, böyük ərazilər su altında qalacaqdı. Həmin raketin məhv edilməsində mən də  iştirak etmişəm. Sevindirici haldır ki, dünyanın 12 ölkəsində mövcud olan S-300 raket kompleksi ilk dəfə olaraq döyüşlərdə Azərbaycan tərəfindən istifadə olundu. 24 saat dayanmadan Ermənistan üzərində kəşfiyyat aparmışıq. Demək olar ki 44 gün ərzində daha diqqətli və gözüaçıq olmuşuq. Hərbi texnikanın içərisində, şüalanmada düşmənin kəşfiyyatını dağıtmışıq. Hər hansı təhlükə olan kimi, ona uyğun tədbir görmüşük”.


“Uşaqlarım “nə vaxt gəlirsən?!” deyib dururlar”

Zaur Məmmədov övladlarından da söz açıb: “3 uşağım var. Hər dəfə eyni sualı verirlər. “Nə vaxt gəlirsən? Sonra da “Qarabağ Azərbaycandır, ona canımız qurban”, deyirlər.  Müharibə başlayanda isə həftələrlə telefon əlaqəsi mümkün deyildi. Bizə zəng çatmırdı. Çünki telefonlarımız dinlənildiyindən heç kimlə ünsiyyətə girmirdik. Məxfiliyi qorumalı idik. Başqa cür düşmənə qalib gəlmək olmazdı. Günlərlə ailəm məndən xəbərsiz qaldı. Buna baxmayaraq bir məqsədim vardı: torpaqlarımız geri qayıtmalı, şəhidlərimizin qanı yerdə qalmamalıdır.
1992-ci ildə Qarabağda ermənilərin bizim xalqımızın başına gətirdikləri vəhşiliklərin qisasını döyüş meydanında almalı idik. Bizim qələbəmizdə əsas qəhrəmanlardan biri də Ali Baş Komandandır. 44 günlük savaş müddətində o da bizimlə bərabər ayaqda idi. Onun qarşısında baş əyirik. İcra olunan bütün tapşırıqlar cənab prezidentə məruzə olunub. Burdan təşəkkür etdiyim bir şəxs var. Bizim bu cür vətənpərvər olmağımızda müəllimlərimizin də payı var. Sumqayıt şəhər 10 sayli məktəbin müəllimi Yeganə Tahirovaya mənə çəkdiyi əziyyətlərə görə minnətdarlığımı bildirirəm”.


“Gənc əsgərlərimiz çox cəsur və qorxmaz idi”

Müharibə iştirakçısı 18 yaşlı əsgərlərin necə vətənpərvər olduqlarını da vurğulayıb:


“Komandir müavini olaraq üzərimə çox böyük iş düşürdü. Yanımızda gənc əsgərlər vardı. Onlar müharibə görməmişdilər. Mən isə aprel döyüşlərinin iştirakçısı olduğumdan müharibənin nə demək olduğunu bilirdim. İlk dəfə yanımızda mərmi partlayandan sonra qısa müddət ərzində gənclərimiz müharibəyə alışdılar.

Onların 18 yaşlarının olmalarına baxmayaraq, hər biri çox cəsur və qorxmaz idi. Ermənilərin rən məşhur pilotunun havaya qalxıb Qarabağa  girməsi ilə onu vurmağımız bir olmuşdu. Ermənilərin Su-30 təyyarələri bizim sərhədə yaxınlaşmağa cəhd edə bilmirdilər. Bizim hava hücumundan müdafiənin nə dərəcədə güclü olduğunu dünya gördü. Ermənilər həm Gəncəyə, həm də Mingəçevirə gecə vaxtı raket atdılar. Biz eyni anda fərqli yerə raket atılacağını gözləmirdik. Ancaq onlar erməni vandallığını sübuta yetirdilər. Mingəçevir SES-ə hər an təhlükə olacağını gözləyirdik. Ona görə də oranı dəmir kimi müdafiə edirdik”.

reklam