“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
Şəhidlərimiz sabah saat 12-də yad ediləcək
03.12.2020 15:24
Bölmə:Xəbər 132 dəfə oxunub

Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam verib.

Versiya.az xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alınır:

 

1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

reklam