“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
“Füzuliyə icazəsiz getdim“- Seyran Səxavətdən etiraf
03.12.2020 15:37
Bölmə:Ədəbiyyat 305 dəfə oxunub

Ərazi bütövlüyümüz bərpa edildikdən sonra 30 ilə yaxın köçkün həyatı yaşayan vətəndaşlarımızın əksəriyyəti doğma yurdunu görmək istəyir. Bu isə çox zaman fəsadsız ötüşmür. Ermənilərin tərk etdikləri əraziləri minalaması itkilərlə müşayiət olunur.

Versiya.az xəbər verir ki, əslən Füzulidən olan yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında təxminən 20 gün əvvəl ata yurduna səfər etdiyini bildirib:

“Kənd-kəsəkdən əsər-əlamət yoxdu, hər yer kol-kosdur. Çünki hər şeyi dağıdıblar. Ermənilər öz alçaq, insanlığa yaraşmayan portretlərini çəkib gediblər. Allahın köməyilə biz o portreti pozub öz istədiyimizi çəkəcəyik. Əsas olan torpaqdır, onlar torpağa, suya, havaya toxuna bilməyiblər. Digər şeyləri də düzəltmək olar”.

Yazıçı hazırkı şəraitdə mülki vətəndaşların işğaldan azad edilən ərazilərimizə getməsinin doğru olmadığını vurğulayıb:

“Mən təkcə Füzuliyə baş çəkmişəm, Şuşaya getmədim. Çünki bu, basabasda oraya getmək olmaz. Qayda-qanuna riayət etmək lazımdır, hərçənd ki mən etməmişdim. Yəni Fuziliyə də icazə yox idi, qeyri-qanuni getmişdim. Allah saxladı, amma Allah da hamını saxlayan deyil ki... Ona görə də belə etmək olmaz. Biz çox şeyi müsəlmanlığımıza salırıq. Vətən sevgisi  deyib gedirsən, axırda vətən yolunda minaya düşürsən və olursan o tərəflik...”.

reklam