“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
04.12.2020 16:50
Bölmə:Siyasət 608 dəfə oxunub

Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiya mətbuatına verdiyi müsahibə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə çoxları deputatı Türkiyə sülhməramlılarının Qarabağa gəlməsi əleyhinə danışmaqda ittiham edib.

Versiya.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Rasim Musabəyov bildirib ki, qalmaqala səbəb olan müsahibəni 20 gün bundan əvvəl verib:

“Mən axı kiməm ki, türk sülhməramlılarının Azərbaycana gəlib-gəlməməsinə hansısa mövqe bildirim... Rəsmi mövqe var. Rəsmi imzalanmış üçtərəfli bəyanat var. Orada hər şey göstərilib. Həmin sənəddə göstərilib ki, Türkiyə Monitorinq Mərkəzində Rusiya ilə birgə iştirak edəcək. Qarabağda ermənilərin yaşadığı məntəqələrə türk sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulmayıb. Bunu da demişəm”.


Deputat fikirlərinin yozulmasının ayrı məsələ olduğunu da qeyd edib:

“Bu, sadəcə olaraq Rasimin fikri deyil. Bu rəsmi imzalanmış sənədlərdən çıxarılan nəticədir. Bunu da Rusiya auiditoriyası üçün səsləndirmişəm. İndi kimlər bunu başa düşmək istəmirlərsə, bu ayrı məsələdir. Kimlərsə nəyisə yozmaq istəyirlərsə, bu da ayrı məsələdir. Vəssalam!”.

reklam