Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
"Sumqayıt" çempionatın ən təhlükəli komandasıdır" - Rəşad Sadıqov
20.12.2020 18:34
Bölmə:İdman 70 dəfə oxunub

"Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik".

Versiya.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XII turunda evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə üçün çıxdığını bildirib: "Amma gedişat elə idi, hücum etdikdə qapımızda qollar gördük. İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımı səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi".

Sadıqov "Sumqayıt"ın çempionatda ən təhlükəli komanda olduğunu söyləyib: "Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar hər zaman çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orada da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi. Bu gün iki dəfə hesabda geri düşdüyümüzü nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil. Ən azı "Sumqayıt"la xal fərqini saxladıq. "Keşlə"nin məğlub olduğunu eşitdim. Belədə, 1 xal daha da dəyərli olur".

reklam