Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
"Qarabağ - geri dönən xoşbəxtlik" filmi Qazaxistanda təqdim olunub - FOTOLAR
21.12.2020 18:53
Bölmə:Fotosessiya 88 dəfə oxunub

Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Zəfər Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirib. 

Versiya.az xəbər verir ki, tədbirdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, nüfuzlu dövlət xadimi və yazıçı Oljas Süleymenov, Türkiyə, Pakistan və Əfqanıstan respublikalarının Almatı şəhərindəki baş konsulları, tanınmış politoloqlar, ictimai xadimlər, jurnalistlər, sosial media fəalları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.  

Tədbir çərçivəsində qazaxıstanlı jurnalist Almas Altayın çəkdiyi, 44 günlük Vətən Müharibəsinə həsr olunan "Qarabağ - geri dönən xoşbəxtlik" sənədli filminin təqdimatı olub. 

Film qazax politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.   

Tədbir çərçivəsində 44 günlük müharibə dövründə Qazaxıstanda və dünyada Azərbaycanın haqq səsinin yayılmasına dəstək göstərən ictimai xadimlər, bloqer və jurnalistlər mükafatlandırılıb.

Qarabağ münaqişəsi barədə dəqiq və dolğun məlumatların ictimaiyyətə çatdırılmasına, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin və həmrəyliyin gücləndirilməsindəki xidmətlərinə, habelə, Azərbaycanın haqq-ədalətin bərpası uğrunda mücadiləsinə verdiyi töhfəyə görə onlara səfir R.Məmmədov tərəfindən "Fəxri fərman" və "Təşəkkür məktubu" təqdim edilib.

Nüfuzlu ictimai xadim Oljas Süleymenov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdaulet, politoloqlar Aydos Sarım, Muxtar Taycan və digərləri Azərbaycan xalqına tarixi zəfər münasibətilə təbriklərinin çatdırıb və bu hadisənin bütün türk dünyasının tarixinə ən böyük qələbələrdən biri kimi düşdüyünü qeyd ediblər.

Qeyd edək ki, tədbir çərçivəsində primyerası baş tutan "Qarabağ - geri dönən xoşbəxtlik" filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir. Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir.   

Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə ərsəyə gələn, qazax və rusdilli kontent üçün vacib əhəmiyyət daşıyan filmin paytaxt Nur-Sultan və digər şəhərlərdə də nümayişi nəzərdə tutulub.

Aida Eyvazlı


reklam