“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
"Amma Babəkin oğlu sağ qaldı?!" - Fərhad Kərimli yazır
26.12.2020 22:00
Bölmə:Qarabağ 259 dəfə oxunub
Piyada gedən əsgəri götürdüm. Yolda çox maraqlı söhbətimiz oldu. Söhbətimiz yarımçıq qalmasın deyə evlərinə qədər apardım. Maşını saxlayanda çoxlu təşəkkür elədi. Necə kövrəlmişdisə, öz dərdini danışmağa başladı.
 
Özü tankçıdır. Füzulinin, Cəbrayılın, Zəngilanın və adını gizlədiyi bir neçə məntəqənin azad olunmasında iştirak eləyib. Dediyinə görə, hər dəfə tankı vurulanda başqa tank verirmişlər. Bədbəxtlikdən və xoşbəxtlikdən 3 dəfə tankı vurulub və hər dəfəsində heyəti şəhid olsa da, özü sağ qalıb. Bir neçə dəfə yaralanıb, xəstəxanaya getmədən müalicə olunub yenidən döyüşə yollanıb.
 
Deyir ki, 3 dəfə heyətim şəhid olub, mən sağ qalmışam deyə mənə pis baxırlar. Medal, fəxri ad, təltif bir yana, bir sağ ol da demədilər. Əksinə, üstümə düşmüşdülər ki, sən niyə sağ qalmısan?!.
 
Məzuniyyətə bu gün buraxılıb. Dörd aydan sonra ilk dəfə ailəsini görə biləcək. Deyir ki, niyə ölmədiyimi soruşanları xatırlayanda əsəbdən az qalıram ağlayam. Onlara yaxşı tankçı olduğumu, ya da bəxtimin gətirdiyini deyə bilmirəm. Şükür ki, az qalıb ailəmi görməyə. Qızımı möhkəmcə qucaqlayacam, hamısını unudacam.
 
Maşından düşüb başını saldı aşağı. Arxaya baxıb bir də başıyla sağ ol dedi. Boynunu büküb evlərinə sarı addımladı. Darvazadan içəri girənə qədər arxasınca baxdım.
 
Mən bu gün yaşadıqlarımı yazıya çevirəndə o qızını qucaqlayıb yatıb. Yəqin. Bəlkə də.
reklam