"Dəmir Yumruq" hesabına böyüyən Azərbaycan
Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Bu il Bakıda 1 691 müəllim işə qəbul edilib - STATİSTİKA
29.12.2020 10:49
Bölmə:İqtisadiyyat 71 dəfə oxunub

Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.

Versiya.az xəbər verir ki, müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.

Bunlardan 1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.

reklam