YAZARLAR
“Qardaşım Yeni ilə qədər evə buraxılmalıdır” - Şahbaz Quliyevin bacısı
29.12.2020 11:39
Bölmə:Fotosessiya 120 dəfə oxunub
29.12.2020 11:39
Bölmə:Fotosessiya 120 dəfə oxunub

"Mənə bildirdilər ki, Yeni ilə qədər qardaşım evə buraxılacaq. Yəni yeni ildə evdə olmalıdır".
Bunu Versiya.az-a açıqlamasında erməni girovluğundan azad olunmuş Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.
İ.Quliyeva qardaşı ilə bir neçə dəfə telefon vasitəsilə danışdığını deyib:
"Özünün dediyinə görə, səhhəti yaxşıdır, şikayəti yoxdur".
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli bəyanata əsasən, dekabrın 14-də bir qrup azərbaycanlı əsir və giroluqdan azad edilib. Onlardan biri də Şahbaz Quliyevdir.
Onlar hazırda Bakıda karantin rejimində saxlanılırlar.`
.png)