"Dəmir Yumruq" hesabına böyüyən Azərbaycan
Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Putin İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib - RƏSMİ
10.01.2021 18:04
Bölmə:Siyasət 38 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.

Versiya.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.

Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib” deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.

reklam