Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Xudafərin gömrük-keçid məntəqəsi yaradılır
11.01.2021 12:34
Bölmə:Xəbər 94 dəfə oxunub

Xudafərin gömrük-keçid məntəqəsinin açılması Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etmək, iqtisadi əlaqələri daha da genişləndirmək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq üçün əhəmiyyətlidir. Bu məntəqə iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.

Versiya.az xəbər verir ki, bu sözləri İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. O bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması səbəbindən bu gömrük məntəqəsinin açılması, Qarabağın yenidənqurma prosesində İran şirkətlərinin iştirakını təmin edəcək. Ehtiyac duyulan avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaq. Artıq valinin imzası ilə gömrük-keçid məntəqəsinin yaradılması tələbi ilə hökumətə müraciət hazırlanır.

Xudafərin körpüsünün yenidən qurulması nəticəsində İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilən rayonları ilə əlaqələr inkişaf edəcək. Bu əlaqələrin qurulub inkişaf etdirilməsi isə İran üçün prioritet siyasi xətdir.

Ə.Cahangiri vurğulayıb ki, Xudafərin gömrük-keçid məntəqəsinin açılışı Türkiyə daxil olmaqla, bölgə ölkələrinin İranın tranzit imkanlarından istifadə etmək hüququ yaradacaq. (Azərtac)

reklam