Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Ağır yaralansa da əsgərlərini tək qoymayan adı kimi mətin olan komandir - FOTO
11.01.2021 14:17
Bölmə:Günün Fotosu 69 dəfə oxunub

Şuşanın işğaldan azad olunması xəbərini cənab Ali Baş Komandanımızdan eşitdikdə ağrılarımı, yaralarımı unutdum və ordumuzun  qələbəsi məni daha da qürurlandırdı.

Gəncə şəhərində doğulan bölük komandiri baş leytenant Mətin Abdinov ordumuzun döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən hərbçilərimizdəndir. Mətin Abdinov hər an tebeliyindəki bölüyün heyətinə xüsusi diqqətlə yanaşmış, onlar arasında döyüş əzmini və qələbə ruhunu artıraraq qısa bir vaxt ərzində hörmət qazanmışdır.

Milli.Az bildirir ki, Mətin Abdinov 1978-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mətin orta məktəb yaşlarından həmyaşıdları arasında fərqlənmiş və vətənpərvərliyi ilə seçilmişdir. Ali məktəbdə oxuduğu illərdə hərbi kafedrada hərbi biliklərə yiyələnmiş, hərbi kursu müvəffəqiyyətlə bitirərək, Müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi almışdır.

Ali məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ordubad istiqamətində olan hərbi hissələrindən birində, Ermənistanla təmas xəttində xidmət etmişdir. Qısa vaxt ərzində komandanlıq tərəfindən göstərdiyi xidmətə görə vaxtından əvvəl "baş leytenant" rütbəsi ilə təltif olunmuşdur. Ehtiyatda olan zabit kimi təxris olunmuşdur.

Mətin Abdinov II Qarabağ müharibəsinin başladığı ilk günlərdə yaşadığı region üzrə hərbi komissarlığa könüllü olaraq müraciət etmiş və cəbhəyə getmişdir. Ordumuzun Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa şəhəri istiqamətlərində gedən döyüş əməliyyatlarında bölük komandiri kimi döyüşmüş, ona verilən bütün döyüş tapşırıqlarını tam yerinə yetirmişdir. Bölük komandiri kimi 10 oktyabrdan 3 noyabradək şərəfli döyüş yolu keçmişdir. 19 oktyabr tarixində Xocavəndin işğalçılardan azad olunması uğrunda döyüş əməliyyatında iştirakı zamanı ilk dəfə ayağından qəlpə yarası alaraq yaralanmış, lakin yaralansa da döyüş meydanında tabeliyindəki şəxsi heyəti tək qoymayaraq düşmənə sarsıdıcı zərbələr endirərək, onların canlı qüvvəsini və texnikasını məhv etmişdir. 

Sonradan Şuşa istiqamətində əks hücum zamanı noyabr ayının 3-də düşmənin minaatanlarının zərbəsi nəticəsində ağır yaralanaraq çoxsaylı qəlpə yaraları alıb. Hazırda müalicəsi davam etdirilir.

"Biz cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşməndən azad etdik. Ölkə başçısı güclü iradəsi ilə bizim ruh yüksəkliyimizi artırdı. Döyüşlərdə həm zabitlər, həm də əsgərlər nəyin bahasına olursa-olsun yalnız irəli getmək və torpaqları işğaldan azad etmək üçün vuruşurdular", - Mətin Abdinov söyləyib.

Baş leytenant Abdinov Mətin Nazim oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Mətin Abdinov bildirib ki, tezliklə sağalaraq xidmətini öz istəyi və arzusu ilə işğaldan azad olunmasında şücaəti olan Qarabağ bölgəsində davam etdirməsinə köməklik göstərilməsini aidiyyəti güc strukturlarından xahiş edib.

Hazırda zabitimizin 7-ci sinifdə oxuyan Əlimurad Abdinov kimi vətənpərvər övladı böyüyür, o da atası kimi vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyacağını bildirir.

reklam