Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Putin Qarabağla bağlı növbəti addımları müzakirə etməyi təklif etdi
11.01.2021 15:49
Bölmə:Siyasət 101 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı Qarabağda nizamlanmanın əsas sahələrində yeni addımları müzakirə etməyə dəvət edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə bu gün keçirilən üçtərəfli görüşdə bildirib. Rusiya Prezidenti Qarabağla bağlı razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini, bunun münaqişənin ədalətli əsaslarla həlli üçün ilkin şərtlər yaratdığını vurğulayıb.

 

Putin qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət sakit olaraq qalır. O,Rusiya Federasiyasının Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupunun Qarabağdakı ticarət və iqtisadi əlaqələrin açılması məsələləri ilə məşğul olacağını qeyd edib.

reklam