Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
AQTA-dan yoluxucu heyvan xəstəlikləri ilə bağlı- Xəbərdarlıq
11.01.2021 22:56
Bölmə:Sosial 115 dəfə oxunub

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad (Danilovgrad) şəhəri ərazisində blutanq xəstəliyi, İsrail Dövlətinin Şimal dairəsinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur (Provence-AIpes-Cöte d’Azur) regionunun ərazisində Aueski xəstəliyi, Niderland Krallığının Şimali Brabant (North Brabant) əyalətinin və Litva Respublikasının Kaunas (Kaunas) dairəsinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa (La Rioja) Muxtar əyalətinin ərazisində süngərvari ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.

 

Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrail Dövlətinin Şimal dairəsindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litva Respublikasının Kaunas dairəsindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuzların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsrail Dövlətindən, Fransa, Litva Respublikasından, Niderland və İspaniya Krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

reklam