13.01.2021 17:54
Bölmə:Xəbər 155 dəfə oxunub

"Təmsil etdiyim Füzuli rayonuna növbəti səfərim zamanı vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə görüşüb, onların qayğılarını dinlədim".
Versiya.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov deyib. O, 56 şəhid ailəsini ziyarət etdiyini də qeyd edib: “Son səfərim zamanı Füzuli rayon sakinləri olan 56 şəhid ailəsini ziyarət etdim. Məhz belə şücaətli övladlarımızın sayəsində həmyerlilərimin, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizin sakinlərinin yurd həsrətinə son qoyuldu. Belə qəhrəman, hünərli övladlar yetişdirdikləri üçün bir daha şəhid ailələrimizə minnətdarlığımı bildirib qarşılarında baş əyirəm. Əlavə olaraq vurğulayım ki, dövlət dəstəyi ilə yanaşı hər birimiz, vətəndaş olaraq, hər zaman şəhid ailələrimizə dəstək, qayğı göstərməkdə davam etməliyik. Bu, həm də bizim Vətən borcumuzdur”
.png)