"Dəmir Yumruq" hesabına böyüyən Azərbaycan
Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Əməkdar artist koronavirusdan vəfat etdi - Allah rəhmət eləsin
13.01.2021 20:03
Bölmə:Mədəniyyət 64 dəfə oxunub

Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Versiya.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun koronavirusdan vəfat etdiyi  bildirilir.

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.

reklam