SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Rusiya Azərbaycana əlavə minatəmizləyənlər qrupu göndərdi
18.01.2021 16:03
Bölmə:Xəbər 43 dəfə oxunub

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Ağdam rayonunu minalardan təmizləmək üçün əlavə minatəmizləyənlər qrupu göndərib.

Virtualaz.org bildirir ki, məlumatı Rusiya FHN-in saytı yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexniki vasitələr olan “İl-76” təyyarəsi Azərbaycan Respublikasının Gəncə şəhərinə uçub. Mütəxəssislər humanitar missiya çərçivəsində Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirən nazirlik qrupunu tamamlayacaqlar”, - deyə məlumatda vurğulanıb.

Qrupun tərkibinə “Lider” və Noginsk Xilasetmə Mərkəzinin mütəxəssisləri daxildir. Onlarla birlikdə robototexnika kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün nəqliyyat vasitələri də gətirilir.

reklam