SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Rus qələbəni oğurladı, Qarabağ problemi qaldı? - - Seyran Səxavət canlı yayında...
18.01.2021 16:08
Bölmə:Ədəbiyyat 123 dəfə oxunub

Təxminən 7-8 il qabaq yazıçı Seyran Səxavət verdiyi müsahibələrin birində demişdi ki, nə qədər Qarabağ işğaldadır, özümü kişi hesab etmirəm, kişilikdən istefa vermişəm. Bu gün isə Qarabağ artıq işğalda deyil, öz sahibinə qayıdıb.

Elə ötən həftə Qarabağın ürəyi olan Şuşaya, sonra Xocalı və Xocavəndin kəndlərinə Prezident İlham Əliyevin səfəri, oradan verdiyi açıqlamalar, bu şəhərin sahibinə qayıtdığını söyləməsi, güllələnmiş heykəllərin yerinə qaytarılması, dövlət başçısının Cıdır düzündə paxlava ilə çay içməsi bir daha sübut etdi ki, Qarabağ əsl sahibindədir, kişilikdən istefa verəcək varsa, o da düşmən tərəfidir.

Biz eyni şəkildə Xankəndinə, Əsgərana, Ağdərəyə də getməliyik. Amma hələ də bəziləri keçi inadından əl çəkmir, hələ də o fikirdədir ki, Rusiya qələbəmizi oğurladı, sülhməramlı qoşunların gəlişi separatçılara dəstək olacaq, Qarabağ problemi həll olunmayıb, ermənilərə status verilə bilər və s.

Halbuki Prezident Moskva görüşündə Qarabağ münaqişəsinin keçmişdə qaldığını, Şuşada, qondarma rejimin özünə “parlament” binası etmək istədiyi yarımçıq tikilinin qarşısında isə status gorbagor olduğunu bir daha bəyan etdi.

Bütün bu söhbətləri “TV Musavat”ın canlı yayınında “Həftə içi” proqramında izləyin. Aparıcı Emil Salamoğlunun bu dəfə qonağı Füzulidən olan tanınmış yazıçı, əsərlərində Qarabağ mövzusuna tez-tez toxunmuş Seyran Səxavətdir.

reklam