SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Qəfil ölümün səbəbləri
18.01.2021 16:15
Bölmə:Xəbər 107 dəfə oxunub

“Piylənmə kardiomiopatiyanın və xroniki ürək çatışmazlığının yaranmasına səbəb olur ki, bu da mədəcik aritmiasının əmələ gətirdiyi qəfləti ölüm hallarını artırır”.

Versiya.az xəbər verir ki, bunu kardioloq Tamaz Qaqloşvili “Kanal Beş”ə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, ürək-damar xəstəlikləri kəskin şəkildə cavanlaşıb və hazırda infarkt keçirən 35 yaşlı şəxs görmək çətin deyil:

“Hər il, xüsusilə qazanılmış və ya irsi yolla ötürülən aritmia hallarının sayı çoxalıb. Hipertoniya, piylənmə, ateroskleroz, miokard infarktı ürəyin elektrik fəaliyyətini dayandıra bilər. Atalarınızı, yaxın və qan qohumlarını tanımaq vacibdir. İstər ürək xəstəlikləri, istərsə də 50 yaşa qədər ölüm, erkən infarkt keçirən şəxsləri mütləq bilmək lazımdır”.

Həkim əlavə edib ki, ürək tutmasından əvvəl həmişə ürəkdə ağrı olmur:

“İnsanda qan təzyiqi düşər və o, huşunu itirə bilər. Nəticədə həkimlərin xəstəni xilas etməyə vaxtları çox az olur. 30 yaşından etibarən ürək müayinəsi vacibdir. Bu, ilk növbədə piylənmə və ya təzyiq problemi olanlara aiddir. Ayrıca ürək-damar xəstəliklərinin inkişafına səbəb olan xroniki yorğunluq sindromundan çəkinmək lazımdır”. (Report)

reklam