SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Hər misra – şairi izləyən ölüm, hər şeir – qəlbin son pıçıltıları... - Kərim Kərimli
19.01.2021 17:56
Bölmə:Poeziya 91 dəfə oxunub

Versiya.az şair, yazıçı, jurnalist Kərim Kərimlinin "Ürəyimlə bir" şeirini təqdim edir.

Ürəyimlə bir

Gör sənə nə qədər şeir yazmışam,
Hər biri bir sevgi etirafıdır.
Şeirlə deyilən sözlər bəlkə də,
Sözlərin təmizi, lap ən safıdır...

Amma sən şeiri sevmədin, gülüm,
Duymadın o həzin sızıltıları.
Hər misra – şairi izləyən ölüm,
Hər şeir – qəlbin son pıçıltıları...

Otuz il bir kəsə tənə eyləsən,
Axırda dözməyib o əyiləcək.
İnsana otuz il “Nadan!” söyləsən,
Özü də özünü nadan biləcək...

Dil də, göz də, ürək də söz söyləyir,
Dil ayrı, göz ayrı, ürək ayrıdır.
Gərək biləsən ki, hansı düz deyir,
“Sevirəm!” deməklə sevmək ayrıdır.

Bir gör neçə şeir yazmışam sənə!
Hər şeir yazanda bir az sevmişəm...
Sönməz bir eşq verib təbiət mənə,
İlin hər fəslində bir yaz sevmişəm.

Mən şeir yazmışam sənə nə qədər!
Heçəsi hələ də ürəyimdədir...
Sevginin ölçüsün kim bilə bilər?!
Mənimki bu qədər: ürəyimlə bir!

reklam