SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirib - VİDEO + FOTOLAR
19.01.2021 21:02
Bölmə:Videoxəbərlər 61 dəfə oxunub

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-dən Versiay.az-a verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvarın 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

reklam