SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Səhərə qədər küçələrdə otaq yoldaşımızı, yaxud cəsədini axtarırdıq...- 20 yanvar xatirəsi
19.01.2021 22:40
Bölmə:Ədəbiyyat 112 dəfə oxunub
31 il bundan əvvəl elə bu saatlarda 11-ci qızıl ordu meydanında mitinqçilərdən ayrılıb şam yeməyi hazırlayıb yemək üçün Papanın küçəsində kirayə qaldığımız evə qayıtdıq.
 
Qızartmaq istədiyimiz kartof gec soyuldu, evdə çörək olmadığı üçün Tibb Universitetinin yanında mağazadan çörək almaq üçün getdik.
 
Beləcə saat 23:40 radələrində təzəcə yemək üçün oturmuşduq ki, bir müddət sonra atışma səsləri gəldi.
 
Həmin andan səhər saata qədər küçələrdə gəzərək otaq yoldaşımızı və yaxud onun cəsədini axtarmağa getdik.
 
Səhərisi gün onu "Semaşko" xəstəxanasında tapandan sonra ac və yorğun tələbələr ilə birlikdə yaralılara qan aksiyasında iştirak etdik. Hərəyə bir şokolad hədiyyə etdilər.
 
Biz xəstəxananın həyətindən heç yerə getmirdik. Sonra qərara aldıq ki, ətraf məhəllələrdə təbliğat aparaq və insanları qan vermək üçün xəstəxanaya gətirək.
 
Çox qısa müddətdə bizə inanınıb xəstəxanaya gələn yaşlı qadınlar və ətrafda yaşayanlar bizim rəngimizin göyərdoyini aclığımızdan olduğunu bilərək bizə evlərindən yemək gətirirdilər.
 
2 gün yalnız küçələrdə olurduq. Şəhidlərin dəfnindən sonra komendant saatı daha ciddi olduğundan daha hərəkətimiz məhdudlaşdı. Amma, bu iki gün ərzində xalqımızın çətin gündə nə qədər əzəmətli olduğunu, birgə olduğunun şahidi oldum.
 
20 yanvar bizim xalqımızın azadlıq üçün birliyi, qorxmazlığı üçün inanılmaz bir sınaq oldu.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
Müəllif: Əvəz Həsənov
reklam