SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Murovdağda donub ölən əsgərə şəhid adı niyə verilmədi?!
20.01.2021 13:39
Bölmə:Günün Fotosu 193 dəfə oxunub

Vətənin igid oğullarından cəsur əsgərimiz Hudulov Ramazan İsmayıl oğlu 2013-cü ilin 19 yanvarında Murov dağda vətənə keşik çəkərkən şaxtalı qış günündə aldığı donvurma nəticəsində dünyasını dəyişmişdir.

Versiya.az xəbər verir ki, Ramazan Hudulov 26 avqust 1994-cü ildə Balakən rayonunun Xalatala kəndində doğulub. 2012-ci ildə hərbi xidmətə çağırılıb. Təlim keçdikdən sonra Murovdağ istiqamətində düşmənlə üzbəüz postda xidmət çəkməyə göndərilmişdir.

Ağır bir qış gecəsi, sərt şaxtalı havada Murovun ən yüksək nəqtəsində xidmət edərkən şaxtadan donmuş, xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmamışdır. Doğulduğu kənddə dəfn olunmuşdur.

Müdafiə Nazirliyinə edilən müraciət faydasız olaraq, mərhum əsgərimizə şəhid adının verilməsindən imtina edilmişdir. Səbəb isə "Əsgər döyüş tapşırığını yerinə yetirərkən həlak olmayıb".

Məncə bu düzgün qərar deyil. Əsgər Ramazan Hudulov xidmətini "Bakıda, Şəkidə, Lənkəranda, Gəncədə... və sairdə" keçmiş olsaydı, yəqin ki, don vurmazdı, sağ salamat evinə dönmüş olardı. Axı mərhum əsgərimiz təmas xəttinin ən ağır, ən çətin yerində düşmənlə üzbəüz xidmət edərkən hava şəraitinin ağır olması səbəbindən dünyasını dəyişib!

Necə ki, 1915-ci ildə Osmanlı əsgərlərini "Sarıqamış" əməliyyatı nəticəsində donvurmuş və hələdə onlar şəhid olaraq sevgi ilə yad edirlər. Güman edirəm ki, gec də olsa haqq yerini tapacaq, mərhum əsgərimizə şəhid adı veriləcək.

Şəhid əsgərimizə Allahdan rəhmət diləyirəm.

Müəllif: Vüqar Kərimli

reklam