YAZARLAR
Azərbaycan-Qətər matçı Londonda keçirilə bilər
29.01.2021 17:20
Bölmə:İdman 90 dəfə oxunub
29.01.2021 17:20
Bölmə:İdman 90 dəfə oxunub
.jpg)
"Mart ayında bizi çox çətin qrafik gözləyir. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".
Versiya.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib. O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir. Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.
Qeyd edək ki, yığmamız bu il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək.
.png)