Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Daşkəsəndə qazi intihar etdi
23.02.2021 10:46
Bölmə:Kriminal 125 dəfə oxunub

Azərbaycanda qazi intihar edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.

 

Qeyd edək ki, əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, yanvarın 6-da da qazi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.

reklam